EXECUTIVE EDUCATION

Sign Up | Login

"Siz danışmadan nə deyirsiniz? Bədən dili təlimi”

Program fee: 710 AZN (excluding VAT)

Date and time: May 14-15, 10:00-14:00

Deadline for application: 4 May 2026

Enroll Now

Bu proqram 2 günlük intensiv təlim formatında keçiriləcəkdir (hər gün 4 saat olmaqla, ümumilikdə 8 saat). Təlim nəzəri biliklərlə yanaşı, praktiki tətbiqə əsaslanan interaktiv seminar kimi qurulmuşdur. Müasir biznes mühitində kommunikasiya yalnız verbal deyil, eyni zamanda qeyri-verbal komponentlər üzərindən formalaşdığı üçün bu təlim iştirakçılara davranışlarını daha şüurlu şəkildə idarə etməyi öyrədir.

Proqramın ilk hissəsində bədən dili və qeyri-verbal kommunikasiya anlayışlarının elmi əsasları təqdim olunur, insan davranışının oxunması, mikro-siqnallar, status göstəriciləri və ilk təəssüratın formalaşması kimi mövzular izah edilir. Daha sonra diqqət perception management və executive presence anlayışlarına yönəlir və iştirakçılar öz imiclərini, davranışlarını və enerjilərini necə idarə edərək daha güclü təsir yarada biləcəklərini öyrənirlər.

İkinci hissədə isə fokus tətbiq və real iş situasiyalarına keçir. Burada iştirakçılar satış görüşləri, danışıqlar, təqdimatlar və gündəlik biznes ünsiyyətində bədən dilinin necə istifadə olunmalı olduğunu praktik nümunələr və analizlər vasitəsilə öyrənirlər. Təlim boyunca real situasiyalara uyğun analizlər, davranış modellərinin izahı və iştirakçıların öz üzərində müşahidə etmə bacarığının inkişafı əsas prioritet kimi götürülür.

Bu proqram rəhbərlər, menecerlər, satış mütəxəssisləri, sahibkarlar, müştəri ilə birbaşa işləyən şəxslər və ümumilikdə peşəkar təsir gücünü və kommunikasiya keyfiyyətini artırmaq istəyən hər kəs üçün uyğundur

Bu təlim proqramı rəhbərlər, menecerlər, sahibkarlar, satış və müştəri ilə işləyən mütəxəssislər, eləcə də peşəkar kommunikasiya təsirini artırmaq istəyən şəxslər üçün nəzərdə tutulmuşdur. Təlim klassik bədən dili yanaşmasından kənara çıxaraq, qeyri-verbal davranışın biznes mühitində strateji rolunu araşdırır. Proqram çərçivəsində iştirakçılar “perception management” (qavrayışın idarə olunması), status siqnalları, etibarın formalaşması və təsir mexanizmləri kimi mövzularla tanış olacaq, özlərinin başqaları tərəfindən necə oxunduğunu daha dərindən anlama imkanı əldə edəcəklər. Təlim həmçinin iştirakçılara rəhbərlik, satış, danışıqlar və təqdimat proseslərində qeyri-verbal siqnallardan məqsədli və effektiv istifadə etmə bacarığı qazandıracaq.

Təlimin sonunda iştirakçılar:

  • Qeyri-verbal kommunikasiya və bədən dilinin biznes mühitində rolunu dərindən anlayacaqlar
  • Özlərinin başqaları tərəfindən necə qəbul edildiyini (perception) analiz etməyi öyrənəcəklər
  • Etibar, status və təsir yaradan davranış modellərini fərqləndirə biləcəklər
  • Danışıqlar, satış və təqdimat proseslərində qeyri-verbal siqnallardan effektiv istifadə etmə bacarığı qazanacaqlar
  • Öz davranışlarını şüurlu şəkildə idarə edərək daha güclü professional imic formalaşdıracaqlar

Təlim çərçivəsində əsas material təlimçi tərəfindən hazırlanmış təqdimat (PowerPoint) olacaqdır. Bu material beynəlxalq bədən dili və qeyri-verbal kommunikasiya üzrə akademik yanaşmalar, müasir tədqiqatlar və real biznes praktikasından götürülmüş nümunələr əsasında hazırlanmışdır. Təlim zamanı əlavə olaraq seçilmiş case-lər, davranış analizləri və praktik müşahidə materialları istifadə olunacaqdır.

Xüsusi endirimlər:
• Eyni təşkilatdan 3 və daha çox iştirakçı: 639 AZN (–10%)
• ADA Universitetinin tərəfdaşları (dövlət və özəl sektor) və ADA Universitetinin məzunları (dərəcə və qeyri-dərəcə proqramları): 604 AZN (–15%)
(Qiymətlərə ƏDV daxil deyil.)

Whatsapp-image-2025-04-09-at-19.08.56-2-1536x1024