EXECUTIVE EDUCATION

Sign Up | Login
Anar Heydərov, Bədən Dili Eksperti

Anar Heydərov — bədən dili üzrə ekspert, Harvard Business School məzunu və peşəkar biznes idarəedicisidir. O, 17 ildən artıq müddətdə strateji idarəetmə, satış, marketinq və müştəri əlaqələri sahələrində Azərbaycanın aparıcı şirkətlərində, eləcə də Qazaxıstan, Gürcüstan və Özbəkistan kimi müxtəlif ölkələrdə geniş idarəetmə təcrübəsi qazanmışdır. Rəhbərlik etdiyi bizneslərdə davamlı inkişafı təmin edən strategiyalar formalaşdıraraq, gəlir axınlarının gücləndirilməsi və bazar mövqeyinin möhkəmləndirilməsi istiqamətində uğurlu nəticələr əldə etmişdir.

Eyni zamanda, beynəlxalq bədən dili üzrə ekspert kimi (Moskva şəhərində Kinetik İntellekt və ABŞ-da Joe Navarro Akademiyası), fərdi imicin formalaşdırılması və özünə inamın artırılması ilə yanaşı, ilk təəssüratın gücləndirilməsi, müştəri və tərəfdaşlarla ünsiyyətin daha təsirli və etibarlı qurulması istiqamətində fəaliyyət göstərir.