"Danışıqların aparılması" online təlim kursu

Program fee: 240 AZN*

Date and time: November 26-27, 11:00-13:00

Deadline for application: 20 November 2020

Danışıqların Aparılması təliminin təsviri:

Biz hər gün şəxsi və peşəkar həyatımızda danışıqlar aparırıq. Yerli və beynəlxalq müstəvidə uğurlu danışıqların aparılması üçün mütləq danışıq prosesi ətrafında fikir mübadiləsi aparılmalı və xüsusi düşüncə tərzi, bacarıqlar və strategiya müəyyənləşdirilməlidir.

Danışıqların aparılması təlimi iştirakçılara danışıqların hazırlanması, danışıqların aparılması və danışıqlardan sonrakı mərhələlər üçün peşakar yanaşmanın inkişafına yönələcək. 

Təlimin birinci hissəsində danışıqların ətrafında mövcud nəzəriyyə konsept və prinsiplərinə həsr olunaraq, onların ikitərəfli və çoxtərəfli diplomatiyaya tətbiq olunması nəzərdə tutulur.

Təlimin ikinci hissəsində interaktiv şəkildə daha çox danışıqlar üçün vacib olan praktiki bacarıqlar, strategiya və taktikalar ətrafında müzakirələr aparılacaq.   

Təlimin bilik nəticələri:

Təlimdə uğurla iştirak edən iştirakçılar aşağıdakıları bacaracaqlara yiyələnəcəklər:

  • Danışıq prosesinin mərhələlərini və aspektlərini müəyyənləşdirmək;

  • Danışıq komandalarının təşkili və idarə edilməsi bacarığını nümayiş etmək;

  • Danışıq stillərini ayırmaq və mədəniyyətlərarası modelləri izah etmək;

  • BATNA-nı müəyyənləşdirmək və danışıq iştirakçılarının maraqlarını təhlil etmək;

  • Uduş-Uduş modeli tətbiq edərək və konsensus əsasında danışıqlara nail olmaq.

 Təlimin gündəliyi:

  • Danışıqların ətrafında mövcud nəzəriyyə konseptlərin və prinsiplərin təqdimatı;

  • Tətbiq olunan danışıq stilləri və alətləri;

  • Danışıq strategiyaları, taktikalar və bacarıqlar;

  • Mədəniyyətlərarası və beynəlxalq danışıqların aparılması;

  • Praktik keyslər. 

*Endirim:

3 iştirakçı - 5%

5 və daha artıq iştirakçı - 10%

AMCHAM üzvüləri - 10%

ADA Universitetinin donorları - 10 %

Azərbaycan-Fransa Ticarət və Sənaye Palatası İctimai Birliyinin üzvüləri - 10 %

ADA Universiteti İxtisasartırma Proqramlarının məzunları- 15%

ADA Universitetinin məzunları - 15%

Dövlət qurumları və Beynəlxalq təşkilatlar- 15%

 

Təlim kursu orta və yuxarı səviyyəli menecerlər üçün nəzrədə tutulmuşdur.

Təlim kursu azərbaycan dilində, Zoom platrofmasında keçiriləcəkdir.

QEYDİYYAT: aaghalarova@ada.edu.az