Dr. Vüqar Sadiq, Beynəlxalq əlaqələr üzrə İdarə Heyətinin Sədrinin müşaviri, Kapital Bank

Dr Vüqar Sadiq öz peşəkar həyatını Azərbaycan Respublikası Xarici İşlər Nazirliyinin Ermənistan-Azərbaycan münaqişəsi İdarəsində başlayaraq Azərbaycan danışıq komandasının üzvü kimi çalışmışdır. Diplomatik karyerasını Azərbaycandan kənarda ikitərəfli və çoxtərəfli diplomatiyada davam etdirmişdir.
Dövlət sektorunu tərk etməyinə baxmayaraq, Dr. Vüqar Sadiq özəl sektora qoşularaq Azərbaycandakı qabaqcıl bankların beynəlxalq əlaqələrinin qurulmasına və beynəlxalq və xarici maliyyə qurumları ilə danışıqların aparılmasına öz tövhəsini vermişdir.
Dr. Vüqar Sadiq Bakı Dövlət Universitetinin Şərqünaslıq fakultəsini bitirmişdir. Azərbaycan Respublikası Elmlər Akademiyasında dilçilik üzrə PhD dərəcəsini almışdır. Eyni zamanda, ABŞ-ın Fletçer Hüquq və Diplomatiya Məktəbinin və İngiltərənin Nottingem-Trent Universitetinin məzunudur. Hal-hazırda, Kapital Bankda beynəlxalq əlaqələr üzrə İdarə Heyəti Sədrinin müşaviri vəzifəsində çalışır.