Natiq Hacıyev, Prezident, ADA Universiteti Fondu (Azərbaycan)

 Natiq Hacıyev ADA Universiteti Fondunun prezidenti və ADA Universitetinin  təlimçisidir. Natiq Hacıyev Azərbaycanda hökumət təşkilatları və özəl sektoru üçün 10 ildən artıq  məsləhətçi ekspert kimi fəaliyyət göstərən peşəkar mütəxəssisdir. O, əsasən dövlət qulluqçuları və biznes sektorundan peşəkarlara liderlik bacarıqları, layihələrin idarəedilməsi və ünsiyyət bacarıqları mövzularında həm təlimçi, həm də məsləhətçi kimi xidmət göstərir. Natiq Hacıyev Almaniya Beynəlxalq Əməkdaşlıq Təşkilatının eksperti olaraq bir neçə dövlət və qeyri-dövlət təşkilatlarının peşəkar inkişafına dəstək verib. Natiq Hacıyev GIZ təşkilatının nəşr etdiyi “Liderlik” təlimatı adlı kitabın həmmüəllifidir.
Azərbaycan Dillər Universitetinin Beynəlxalq Münasibətlər fakültəsindən (2007) birinci magistr və ABŞ-ın Dövlət Departamentinin Edmund S. Maski təqaüd proqramı vasitəsilə  SIT Graduate Institute (VT) ali təhsil müəssisəsindən Münaqişələrin Həlli və İnkişaf sahəsində (2009) ikinci magistr dərəcəsini almışdır. 2015-ci ildə Corc Vaşinqton Universitetinin Biznes Məktəbindən layihələrin idarəedilməsi sahəsində magistr sertifikatı almışdır. 2020-ci ildə ABŞ-ın Dyuk Universitetinin Fuqua Biznes Məktəbinin Adaptiv Strateji İdarəetmə proqramını fərqlənmə ilə bitirmiş və ‘Peşəkar Strategiya İcracısı’ sertifikatını qazanmışdır.