Aygün Hacıyeva, Prorektor müavini, İxtisasartırma Proqramları

Aygün Hacıyeva ADA Universitetində İxtisasartırma Proqramları üzrə Prorektor müavinidir. O, dövlət və korporativ sektorun nümayəndələri üçün ixtisasartırma proqramlarının hazırlanmasına cavabdehdir. İxtisasartırma proqramları çərçivəsində Xarici İşlər Nazirliyi, Mərkəzi Bank, Fövqəladə hallar Nazirliyi, SOCAR, SOFAZ, Pasha Holding, Gilan Holding, Express Bank, AzərTurkBank və s. kimi təşkilatların nümayəndələrinə təlimlər keçmişdir.

Aygün Hacıyeva 2012-ci il avqust ayının 1-də Azərbaycan Diplomatik Akademiyasına “5 İllik Xidmətinə görə Təşəkkür Mükafatına” layiq görülmüşdür.

Aygün Hacıyeva Bakı Dövlət Universitetindən Beynəlxalq Əlaqələrin Tarixi ixtisası üzrə Magistr dərəcəsinə malikdir. O, 2014-cü ildə Ali Təhsil üzrə Harvard İnstitunun “Menecmentin İnkişaf Proqramı” üzrə sertifikatını almışdır. O, 2008-2013-cü illər arasında liderliyin inkişafı, ictimai idarəetmə və diplomatiyaşünaslıq üzrə Avropa, ABŞ və Qatarda müxtəlif təlim sertifikat kurslarından keçmişdir.

2007-2008-ci illərdə o, professional təlim səfərləri çərçivəsində Washington DC-də yerləşən Azərbaycan Səfirliyində və John Hopkins Universiteti (Beynəlxalq Əlaqələr Fakültəsi), Georgetown Universiteti (Diplomatik Xidmət Proqramı), Diplomatik Xidmət İnstitutu (ABŞ Dövlət Departamenti), Bostonda yerləşən “Fletcher School of Law and Diplomacy” və Washington şəhərinin beyin mərkəzlərində müxtəlif təlimlərdən keçmişdir. 2010-cu ildə Xanım Hacıyeva Londondakı Azərbaycan Səfirliyində və Oxford Universitetinin Xarici Xidmət Proqramı (OUFSP) və London Business School-da (LBS) professional təlim səfərlərində olmuşdur.

ADA Universitetinə qoşulmazdan əvvəl o, Qərb Universitetində və Azərbaycan Dillər Universitetində 10 il müddətində Beynəlxalq Əlaqələr üzrə müəllim işləmişdir. 1999-2004-cü illərdə Aygün Hacıyeva Magistr Proqramlarında dekan və Siyasi Elmlər Fakültəsində direktor müavini vəzifələrində çalışmışdır. O həmçinin 5 il Qərb Universiteti və ABŞ-ın İndiana Universiteti arasında İctimai İdarəetmə üzrə Linkage proqramının baş koordinatoru vəzifəsində çalışmışdır.