Anar İmamverdiyev

Anar İmamverdiyev PMP sertifikatlı (PMI Institute) layihə meneceridir və son 3 il ərzində BP Azerbaijan şirkətində layihələrin idarə edilməsi üzrə fəaliyyət göstəribdir. Təhsilini hərbi sahədə başlasa da, sonradan idarəetmə istiqamətinə yönəlmiş və ADA Universiteti və Maastrix İdarəetmə Məktəbində EMBA üzrə təhsil almışdır. Anar İmamverdiyev satış, marketinq sahələrində də təcrübəyə malikdir.

Anar İmamverdiyev 4 ildən artıqdır ki, layihələrin idarə edilməsi üzrə təlimçi kimi də fəaliyyət göstərir. O, həmçinin öz Layihə İdarətmə xidmətlərini qurmaq və ya təkmilləşdirmək istəyən şirkətlərə məsləhət xidmətləri də təklif edir.