EXECUTIVE EDUCATION

Corporate Programs
Sign Up | Login
Dr. Əlövsət Müslümov, Professor, ADA Universiteti

Hal hazırda ADA Universitetində maliyyə sahəsi üzrə professor kimi çalışan Əlövsət Müslümov bakalavr dərəcəsini 1996-cı ildə İstanbul Universitetində, MBA dərəcəsini 1998-ci ildə İstanbul Texniki Universitetində, maliyyə sahəsi üzrə fəlsəfə doktoru dərəcəsini isə 2000-ci ildə Boğaziçi Universitetində əldə etmişdir. 2001-ci ildə İstanbulda Doğuş Universitetində akademik fəaliyyətə başlamış, Boğaziçi Universiteti, İstanbul Bilgi Universiteti, Yeditepe Universiteti və Azərbaycan Dövlət İqtisad Universitetində  müəllim kimi çalışmışdır. Əlövsət Müslümov 4 kitab və 50-dən artıq məqalənin müəllifidir. Çalışmalarında daha çox makroiqtisadi transmissiya mexanizmləri, maliyyə bazarlarının inkişafı və tənzimlənməsi, özəlləşdirmə, bazar səmərəliliyi, şirkət birləşmələri və korporativ idarəetmə mövzularına toxunur. Əlövsət Müslümov bir sıra mükafatlara layiq görülmüşdür. 2003-cü ildə Türkiyə Gənc İşadamları Dərnəyi (TUGİAD) tərəfindən verilən "Ən Yaxşı Kitab" mükafatı və yenə 2003-cü ildə Türkiyə Korporativ Sərmayədarlar Dərnəyi (TKYD) tərəfindən verilən "Ən Yaxşı Kitab" mükafatının sahibidir. Əlövsət Müslümov Türkiyədə ən gənc yaşda dosent (2003-cü ildə 27 yaşında) və ən gənc yaşda professor (2008-ci ildə 32 yaşında) ünvanlarına layiq görülmüşdür.

Yapı Kredi Bank, Akbank, Vakıfbank və Dun&Bradstreet şirkətləri üçün risklərin idarə olunması, NAB şirkətlər qrupunda isə korporativ inkişaf sahəsində məsləhətçilik xidmətləri göstərmişdir. 2009-2012 illəri arasında Azersun Holding Şirkətlər Qrupunda İdarə Heyətinin Üzvü, Baş Maliyyə Direktoru (CFO), Azersun Akademiyası Direktoru vəzifələrini tutmuşdur. İdarə Heyətinin Üzvü kimi strategiya xəritəsinin, biznes proseslərinin idarə olunmasının, performans idarə etmə sisteminin, ERP proqram seçimi və tətbiqi ilə əlaqədar məsələlərin planlanması, inkişafı və həyata keçirilməsi ilə məşğul olmuşdur. 2012-ci ildən etibarən Union Grand Energy Şirkətlər Qrupunda Baş Maliyyə Direktoru (CFO) olaraq çalışır. Eyni zamanda Azərbaycanda və Türkiyədə fəaliyət göstərən Luvi Mühəndislik ilə Code Academy şirkətlərin qurucusu, start-uplara dəstək göstərən Baku Business Factory-nin direktorudur