Şəfəq Mehrəliyeva, İctimai və Beynəlxalq Münasibətlər İnstitutunun müəllimi, ADA Universiteti

Şəfəq Mehrəliyeva ADA Universiteti İctimai və Beynəlxalq Münasibətlər İnstitutunun müəllimi, ADA İxtisasartırma Proqramının təlimçisi və kommunikasiya üzrə mütəxəssisdir.  O, ASAN Radio 100 FM-də  yayımlanan  “AvropadASAN”,  “Hello, America!” və “Qarabağnamə” proqramının müəllifidir.

Şəfəq Mehrəliyeva Avropa Şurasının eksperti kimi mediada gender məsələləri üzrə təlimçi və müvafiq tədris kursunun yaradıcılarından biridir. O, medianın inkişafında töhfələrinə görə Azərbaycan Prezidenti İlham Əliyev tərəfindən “Tərəqqi” medalı ilə,  kommunikasiya və idarəetmədə yeni yanaşmalar tətbiq etdiyinə görə Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi və Azərbaycan Respublikasının Müəllif Hüquqları Agentliyinin birgə “İnnovasiya və yaradıcılıqda qadınlar: dəyişikliyin aparıcı qüvvəsi” fəxri fərmanı ilə təltif olunub.

Şəfəq Mehrəliyeva media üzrə 20 ildən çox karyerasının əsas hissəsini ABŞ-da Azərbaycanın müxtəlif media qurumlarının təmsilçisi qismində keçirib. O cümlədən, Amerika qitəsində Azərbaycan diasporunun quruculuğuna, ABŞ-da “Qarabağ” Fondunun təsis edilməsi və onun fəaliyyətinin genişləndirilməsi, Vaşinqtonun yerli radio dalğasında həftəlik “Azerbaijani Radio Hour” proqramının ingilis və azərbaycan dillərində yayımlanmasına dəstək verib. 

ABŞ-ın Corc Vaşinqton Universitetinin Elliott adına Beynəlxalq Münasibətlər Məktəbinin  Beynəlxalq Siyasət və Tətbiq üzrə magistri, Azərbaycanda “Xəzər” Universitetinin humanitar elmlər üzrə bakalavrıdır.