Həlimə Qəmərlinskaya

1999-cu ildə Azərbaycan Tibb Universitetini fərqlənmə diplomu ilə   bitirən Həlimə Qəmərlinskaya psixi sağlamlıq və psixoloji problemlərlin həlli üzrə həkim-psixiatr qismində dövlət və özəl klinikalarda məsləhətçi kimi 18 illik iş təcrübəsinə malikdir. 12 il 2 saylı Klinik Psixiatrik Xəstəxanasında çalışıb, sonrakı illərdə isə, praktikasını müxtəlif özəl xəstəxanalarda davam etdirib. Hazırda  “Mediclub”, “SOS”, “İstanbul” klinikasında xəstələrin qəbulunu davam etdirir.

4 il (2008-2011) Azərbaycan Güləş Federasiyasının idman-psixoloqu vəzifəsində çalışıb. AGF-i tərk edəndən sonra da indiyədək idmançılarla fərdi olaraq, psixoloq kimi dəstək verməkdə davam edir.

2012-2017-ci illərdə FİNCA, AZERFON şirkətlərində təlim və heyətin inkişafı proseslərinə rəhbərlik etmiş H.Qəmərlinskaya hazırda Azərbaycanda stress idarəetməsi (stress management) üzrə aparıcı ekspertdir, bu sahədə müxtəlif məqalələrin müəllifidir.