Program fee: 195 AZN
Date and time: April 3-3, 9:00 -13:00
Deadline for application: 30 March 2020
"Ömrünüzün uzunluğunu dəyişə bilməzsiniz, lakin onu mənalı və dərin edə bilərsiniz."
Arximed
Həyatınızdakı zamanınızı idarə etmək və həyat vaxtınızı düzgün şəkildə necə istifadə etməyinizi başa düşmək sadəcə məhsuldarlığı artırmaq deyil, ondan daha üstün bir şeydir. Həmçinin sağlamlığınıza əhəmiyyətli fayda verə bilər. Vaxt ağıllı şəkildə idarə edildikdə, stressi minimuma endirir və həyatınızın ümumi keyfiyyətini artırır.
Vaxtı idarəetmə sənətini öyrənmək gündəlik şəxsi və iş həyatınızı səmərəli etmək üçün müsbət təsir göstərə bilər.
Təlim müddətində mövzuya aid testlər keçiriləcəkdir. Həmçinin tapşırıqlar, keys (case) və çoxsaylı təcrübə müzakirələri nəzərdə tutulur.
Proqramın mündəricatı:
1. Vaxtdan səmərəli istifadə qaydaları
2. Zamanın idarə edilməsi sizə nə verəcək?
3. Uğur və uğurlu insan nə deməkdir?
4. Zaman və biz
5. Vaxta qənaət üsulları
6. Həyat tərzim
Təlimin auditoriyası: orta və top menecerlər.
Təlim azərbaycan dilində keçiriləcəkdir.
QEYDİYYAT: aaghalarova@ada.edu.az | 437 32 35 (ext. 342)
Endirim:
3 iştirakçı - 15%
5 və daha artıq iştirakçı - 20%
AMCHAM üzvüləri - 10%
ADA Universitetinin donorları - 15 %
ADA Universiteti İxtisasartırma Proqramlarının məzunları- 25%
ADA Universitetinin məzunları - 20%
Dövlət qurumları və Beynəlxalq təşkilatlar- 20%