Bank hüququ

Program fee: 395 AZN

Date and time: October 17-18, 9:00 -14:00

Deadline for application: 10 October 2019

Modulun Təsviri

Azərbaycanda bank sektorunun hüquqi tənzimlənməsi kifayət qədər sürətlə və tez-tez dəyişikliyə məruz qalır. Bank peşəkarları üçün bu cür dəyişiklikləri başa düşmək və onlarla ayaqlaşmaq olduqca önəmlidir, çünki bununla qanunvericiliyə riayət təmin olunur. Həmçinin, kommersiya bankları olduqca rəqabətli mühitdə fəaliyyət göstərirlər və maliyyə bazarında rəqabətdə uğur qazanmağın əsaslarından biri də qanun və qaydalara riayəti təmin etməkdir. Bu təlim Azərbaycanın bank hüququnun bütün əsas konsepsiyalarının asan və anlaşılan tərzdə tədrisinə həsr olunacaq və iştirakçılarda bu konsepsiyalar barədə tələb olunan minimal səviyyədə bilik formalaşdıracaq. Bank inzibatçısı olmağı planlaşdıran hər bir bank işçisi müvafiq tənzimləyici orqanın keçirdiyi attestasiyadan keçməlidir. Bu təlim həmin attestasiyanın keçirilməsi üçün təlim kursu kimi nəzərdə tutulmasa da, bu təlim həmçinin bu məqsədlə də faydalı ola bilər. 
 
Təlim Məqsdləri
Bu təlimin sonunda iştirakçılar: 
• bank sektorunda tənzimləyici rola malik olan orqanları (məsələn, Mərkəzi Bank, Maliyyə Bazarlarına Nəzarət Palatası) fərqləndirə və onların səlahiyyətlərini dərk edəcəklər; 
• bank biznesinə şamil olunan bütün başlıca qanun və qaydalar barədə öyrənəcəklər; 
• banklara aid olan başlıca korporativ idarəetmə standarlarını dərk edəcəklər; 
• bank sesktorunun digər iştirakçıları (məsələn, bank olmayan kredit təşkilatları, kredit ittifaqları) haqqında öyrənəcəklər; 
• başlıca prudensial tələblər haqqında öyrənəcəklər; 
• bankların restrukturizasiyası və müflisləşməsi barədə əsas müddəaları dərk edəcəklər; 
• bank müştəriləri ilə müqavilə münasibətlərinə aid olan əsas hüquqi risklər və problemlər haqqında öyrənəcəklər; 
• kredit (borc) və əmanət (depozit) müqavilələrinin əsas hüquqi müddəaları və məsələləri haqqında öyrənəcəklər; və 
• beynəlxalq bank münasibətlərinin hüquqi əsaslarını dərk edəcəklər.
 

Kim İştirak Etməlidir

• orta dərəcəli bank menecerləri və işçiləri; 
• kredit işçiləri; 
• risk menecment mütəxəssisləri; 
• hüquq məsləhətçiləri; 
• auditorlar, maliyyə işçiləri və mühasiblər; 
• müştəri xidmətləri işçiləri; 
• bu mövzuda maraqlı olan istənilən digər şəxslər.
 

 

Təlim azərbaycan dilində keçiriləcəkdir.

QEYDİYYAT: aaghalarova@ada.edu.az | 437 32 35 (ext. 342)

Endirim:

3 iştirakçı - 15%

5 və daha artıq iştirakçı - 20%

AMCHAM üzvüləri - 10%

ADA Universitetinin donorları - 15 %

ADA Universiteti İxtisasartırma Proqramlarının məzunları- 25%

ADA Universitetinin məzunları - 20%

Dövlət qurumları və Beynəlxalq təşkilatlar- 20%